Tramp İranla müharibəni mümkün qədər tez bitirmək istəyir
Tramp İranla müharibəni mümkün qədər tez bitirmək istəyir.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp Niderland kralı Villem-Aleksandr və kraliça Maksima ilə şəxsi şam yeməyi zamanı İranla müharibəni mümkün qədər tez bitirmək istədiyini bildirib.
Qəzetin məlumatına görə, ABŞ lideri İranı danışıqlar masasına qaytarmağın yeganə yolunun ona təzyiqi artırmaq olduğuna əmin olduğunu bildirib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı əməliyyata başlayıblar.
7 apreldə ABŞ İranla iki həftəlik atəşkəs elan edib. İran və ABŞ 11 apreldə İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. Bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı heç bir razılıq əldə edilməyib.
Yeni məsləhətləşmələr raundunun keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Buna baxmayaraq, ABŞ administrasiyası danışıqların yaxın günlərdə İslamabadda bərpa oluna biləcəyini iddia edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













