Rəşad Rəsullu: "Balabəy Ağayevin məsələsi üzərində başqa istiqamətdə işləyəcəyik"
Far.Az xəbər saytı

Rəşad Rəsullu: "Balabəy Ağayevin məsələsi üzərində başqa istiqamətdə işləyəcəyik"


Azərbaycan cüdoçusu Balabəy Ağayevin yarımfinal görüşü ilə bağlı addım atılacaq.

"Report"un Gürcüstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistlərə açıqlaçasında deyib.

O, Tibilisidə keçirilən Avropa çempionatında milli üzvlərinin çıxışlarını dəyərləndirib:

"Qızıl medal gözləyirdim. Əgər olmayıbsa, idmançılar öz səhvlərini müəyyənləşdirməlidirlər. 60 və 66 kq çəkidə çıxış edən idmançılar özlərini yaxşı tərəfdən göstərdilər. Demək olar ki, bir səhvə yol verdilər, bu da nəticəyə təsir etdi. Turan Bayramovun bürünc medal qazanması məni çox sevindirdi. Çünki o, 60 kq-dan 66 kq-a keçid etdi. Və bu keçiddən dərhal sonra bürünc medal qazanmağı bacardı. Bu da o deməkdir ki, idmançılar vaxtında çəkisini dəyişəndə xeyirli olur".

Rəşad Rəsullu 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayevin yarımfinalda Gürcüstan təmsilçisi Giorgi Sardalaşviliyə hakimin şübhəli qərarı ilə məğlub olmasına şərh verib:

"Balabəyin yarımfinaldakı görüşü barədə fikirlər müxtəlifdir. Bu barədə mütəxəssislərdən soruşsanız, onlar cavab verə bilər. Nəticə dəyişməyəcəyi üçün hazırda heç kimə müraciət etmədik. Lakin bu o demək deyil ki, səssiz qalacağıq. Sözügedən məsələ üzərində başqa istiqamətdə işləyəcəyik. Deyə bilərəm ki, Balabəy Ağayev həqiqətən çox yaxşı formada idi".

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Avropa çempionatı: Balabəy Ağayev də bürünc medal uğrunda görüşə vəsiqə əldə edib - YENİLƏNİB-10
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Şəhidlərin xatirəsinə həsr olunan cüdo üzrə açıq çempionat keçirilib
Avropa çempionatı: Şəfəq Həmidova da yarımfinala yüksəlib - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər