Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
Far.Az xəbər saytı

Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"


Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı son 120 ildə həyata keçirilən ən uğurlu layihədir.

"Far.Az" xəbər verir ki, bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:

"Bütün 211 ölkə dəvət olunmuşdu, onlardan 189-u Bakıya gələrək yarışda iştirak etmək qərarına gəldi. Onların hamısı unudulmaz anlar yaşadılar. Futbol hər kəs üçündür. Bütün istedadlar dünya çempionatında oynaya bilməlidir. Ölkənin böyük və ya kiçik, varlı və ya kasıb, uzaq və ya yaxın olması vacib deyil. Hər kəs bu şansa layiqdir".

Ali futbol qurumunun rəhbəri komandaların eyni şəhərcikdə məskunlaşdığını vurğulayıb:

"Dil bilmədən də ünsiyyət qurdular. Bütün iştirakçılar eyni şəhərcikdə qalırdılar. Mən də orada idim və onlarla həmsöhbət oldum. 14-15 yaşlı oğlanlar ətrafına sevinc və sevgi paylayırdılar. Bu təcrübəni bütün həyatları boyu özləri ilə daşıyacaqlar. FIFA nöqteyi-nəzərindən son dərəcə xoşbəxtəm. Düşünürəm ki, bu, son 120 ildə FIFA-nın gördüyü ən yaxşı işdir".

Qeyd edək ki, Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının finalında İspaniya Çexiyanı 3:0 hesabı ilə üstələyərək turnirin qalibi olub.

Oxşar xəbərlər

Məktəbdə BİABIRÇILIQ - İşçilər qazanxanada kabab çəkib, yeyib-içmək məclisi qurdular
Bakı bulvarında Çay Festivalı keçirilir
İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər