Müştəri kimi aptekə daxil olub oğurluq edən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Müştəri kimi aptekə daxil olub oğurluq edən şəxs saxlanılıb


Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub.

Araşdırma davam etdirilir.

Oxşar xəbərlər

Bu gün paytaxtın 555 küçəsi yuyuldu
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasından 86 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər