"Prime Leasing" qlobal səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görüldü
Far.Az xəbər saytı

"Prime Leasing" qlobal səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görüldü


Dünyanın 20-dən çox ölkəsindən 1 000-dən artıq dilerin iştirakı ilə Çində baş tutan mötəbər "Zoomlion Green Leading Win-Win 2027 | Global Business Conference" tədbirində Azərbaycanı "Prime Leasing" şirkəti təmsil edib.

Konfrans aqrar sektorda qlobal texnoloji inqilaba səhnə olub: tədbirdə nəhəng 1 600 at gücünə malik traktor rəsmi olaraq təqdim edilib və Zoomlion DV350 hibrid traktoru beynəlxalq müsabiqədə 2 nominasiya üzrə qalib seçilərək böyük maraq doğurub.

Ölkəmizdə bu cür müasir texnologiyaların fermerlər üçün əlçatanlığının təmin olunmasında və aqrar sahənin inkişafında göstərdiyi yüksək nəticələrə görə "Prime Leasing" şirkəti beynəlxalq miqyasda təltif edilərək "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görülüb.

Tədbirin ən mühüm məqamlarından biri isə innovativ texnologiyalara maraq göstərən və bu yeniliklərin Azərbaycanda tətbiqində xüsusi payı olan fəal fermerlərimizin səfərdə iştirakının birbaşa "Prime Leasing" tərəfindən təmin edilməsi olub. Fermerlərimiz dünyanın ən son aqrotexnoloji həlləri ilə yerində tanış olmaq imkanı əldə ediblər.

"Prime Leasing" olaraq qlobal innovasiyaları Azərbaycan fermerlərinə ən sərfəli şərtlərlə çatdırmağa və kənd təsərrüfatımızın inkişafına töhfə verməyə davam edirik.

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər