Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi?
Yay mövsümünün yaxınlaşması ilə kondisionerlərə olan tələbat kəskin artır. Lakin bir neçə gün öncə paytaxtda baş verən bədbəxt hadisə təhlükəsizliklə bağlı ciddi suallar doğurub.
Bakının 20 Yanvar küçəsində yerləşən yaşayış binalarının birində kondisionerin mühərrikinə qaz doldurulan zaman güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib.
Paytaxt sakinləri mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.
"Bu işin belə təhlükəli olduğundan xəbərsiz idim. Amma reallığı bildikdən sonra anlayırsan ki, mütləq etibarlı və peşəkar ustaları çağırmaq lazımdır. Bu, olduqca məsuliyyətli bir işdir", - deyə sakinlərdən biri bildirib.
Bəs faciənin əsas səbəbi nə idi? Problem avadanlıqdan, yoxsa insan səhlənkarlığından qaynaqlanır?
Kondisioner ustası Rəşad Məhərrəmovun sözlərinə görə, qaz vurulması zamanı diqqət yetirilməli bir çox vacib məqam var:
"Bu həm texniki problem, həm də ustanın səhvi ola bilər. Lakin usta faktoru barədə danışırıqsa, əsas səbəb qazın yanlış vurulmasıdır. Məsələn, qazların müxtəlif növləri var. Bu növləri bir-birinə qarışdırdıqda belə ağır nəticələr yaşanır. Digər bir məqam isə düzgün diaqnostikanın aparılmamasıdır. Bəzən elə texniki tıxanmalar olur ki, daxildə qaz olduğu halda göstərici cihazı yoxmuş kimi təəssürat yaradır və ustanı çaşdırır. Belə olan halda əlavə qaz vurulanda sistemdə həddindən artıq sıxılma baş verir ki, bu da qaçılmaz partlayışa səbəb olur".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb













