ABŞ-də keçmiş vitse-qubernator həyat yoldaşını öldürüb, sonra intihar edib
ABŞ-nin Virciniya ştatında keçmiş vitse-qubernator Castin Fairfaks həyat yoldaşını öldürdükdən sonra intihar edib.
BAKU.WS xəbər verir ki, 2018–2022-ci illərdə vəzifədə olmuş Fairfaks son dövrlər çətin boşanma prosesi yaşayırdı. Bildirilir ki, məhkəmə qərarı ilə onun ailə evini tərk etməsi və iki övladının qəyyumluğundan imtina etməsi tələb olunub.
Polisin açıqlamasına əsasən, Fairfaks həyat yoldaşına bir neçə dəfə atəş açdıqdan sonra evin digər hissəsinə keçərək özünə qəsd edib. Hadisə gecə saatlarında baş verib.
Faktı hüquq-mühafizə orqanlarına bildirən şəxsin cütlüyün övladlarından biri olduğu qeyd olunur.
Polis rəisi Devis bildirib ki, hadisədən əvvəl Fairfaksa boşanma prosesi ilə bağlı yenidən məhkəməyə çağırıldığı barədə sənədlər təqdim olunub və bu amilin hadisəyə təsir edib-etmədiyi araşdırılır.
Rəsmilər hazırda uşaqların vəziyyətinin əsas prioritet olduğunu vurğulayıb. Qeyd edilib ki, övladlardan biri hadisə zamanı fövqəladə xidmətə (911) zəng edib.
Həmçinin açıqlanıb ki, 2026-cı ilin yanvar ayında da ailənin yaşadığı ünvana polis çağırılıb, lakin həmin vaxt rəsmi ittiham irəli sürülməyib.
Qeyd edək ki, Castin Fairfaks bir vaxtlar Demokratlar Partiyasının yüksələn siyasətçilərindən biri hesab olunurdu. Lakin daha əvvəl onun barəsində irəli sürülən və özü tərəfindən rədd edilən cinsi təcavüz iddialarından sonra siyasi karyerasında geriləmə müşahidə olunmuşdu.
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













