“Milton” qasırğası Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər
Far.Az xəbər saytı

“Milton” qasırğası Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər


ABŞ-nin Florida yarımadasına yaxınlaşmaqda olan “Milton” qasırğası qum təpələrini aşındıraraq və sahilyanı əraziləri suyun altında qoymaqla eyniadlı ştatın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

“USGS ekspertlərinin proqnozlarına görə, “Milton”un yaratdığı tufan dalğaları Floridadakı bütün çimərliklərdə potensial olaraq eroziyaya və dağıntıya səbəb ola biləcək”, - məlumatda deyilir.

Sahil xəttinin dəyişikliklərinin proqnozlaşdırılması ilə məşğul olan okeanoloq Kara Doran bildirib ki, Floridanın qərb sahillərinin çox hissəsi subasmalara və dyunların tam eroziyasına səbəb olan “Helen” qasırğasından artıq çox zərər çəkib. “Bu, sahilin bir çox hissəsində onu yaxınlaşmaqda olan “Milton” qasırğasından nisbətən qoruyacaq dyunların tamamilə yox olması ilə nəticələnib. Odur ki, sahil hazırda qasırğaya qarşı xüsusilə həssas vəziyyətdədir.

Xatırladaq ki, Florida ştatının rəhbərliyi "Milton" qasırğasının yaxınlaşması səbəbindən ştatın 5,5 milyondan çox sakininin evlərini tərk etməsini və təxliyə olunmasını tövsiyə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər