Əraqçi Hörmüz boğazının açıldığını bildirib
Far.Az xəbər saytı

Əraqçi Hörmüz boğazının açıldığını bildirib


İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və Livanda atəşkəsin müddəti ərzində Hörmüz boğazı açıq olacaq.

"Far.Az" xəbər verir ki, bu barədə Əraqçi özünün "X" səhifəsində bildirib.

"Bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatı tərəfindən artıq açıqlanmış razılaşdırılmış marşrut üzrə atəşkəsin qalan dövrü üçün tam açıq elan edilir", - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Hörmüzün açılmasına görə İrana təşəkkür edib.

"İran indicə elan etdi ki, Hörmüz boğazı tamamilə açıqdır və tam keçid üçün hazırdır. Təşəkkürlər!", - Tramp yazıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.

Ertəsi gün Donald Tramp ABŞ-nin Hörmüz boğazındakı İran limanlarını bloklamağa başladığını bəyan edib, lakin aprelin 15-də Çinlə münasibətləri qoruyub saxlamaq üçün Hörmüz boğazının açıldığını bildirib. Bu qərarın faktiki təsdiqi təqdim edilməyib.

Eyni vaxtda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ölkənin Hərbi Dəniz Qüvvələrinin İran limanlarının və Hörmüz boğazının blokadasını davam etdirdiyini bəyan edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər