FHN Bakıda yaşayış binasında təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 12 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında təlim keçirilib.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Təlim şərti yanğın həyəcan siqnalı ilə yanğınsöndürmə texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təşkil olunub. Bildirilib ki, təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğınsöndürmə avtomobilinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın kranlarının tam komplektləşdirilmədiyi, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun olmadığı, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi və dəhlizlərin tavan hissəsinin yanar material olan lambirlə üzləndiyi də müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış binasının yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda binanın sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Qalereya
Oxşar xəbərlər
FHN nizamsız park edilən maşınlara görə Bakıda "yanğın olan ərazi"yə girə bilmədi
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər













