Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bu imtahanda iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 12 nəfər imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin ("Zəngi" liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 aprel saat 10:00-dan 22 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Oxşar xəbərlər
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Fars": İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb













