Malayziya səfiri: COP29-da Azərbaycanla birgə işləməyə hazırıq - YENİLƏNİB
Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
"Far.Az"un məlumatına görə, tədbirdə çıxış edən Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza deyib ki, ölkələrimiz BMT, Qoșulmama Hərəkatı va İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar vasitəsilə çoxtərəfli əməkdașlığı davam etdirir.
"COP29 yaxınlaşdıqca biz ətraf mühitin qorunması üzra səylərimizin qlobal məqsədlərə uyğunluğunu təmin edərək Azərbaycan və onun iqlim fəaliyyətinə dair gündəliyi ilə birgə işləməyə sadiqik", - o bildirib.
Səfir qeyd edib ki, 1986-ci ildən Azərbaycan Malayziya Texniki Əməkdaşlıq Proqramında (MTCP) iştirak edir:
"Bu günə qədər 265 azərbaycanlı MTCP məzunu müxtəlif kurslardan faydalanıb. Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığımız sayəsində biz bu yaxınlarda bir çox azərbaycanlı bloger, və səyahət agentlari üçün Malayziyanın gözəlliyini və müxtəlifliyini nümayiş etdirən tanışlıq səfəri təşkil etdik".
O vurğulayıb ki, Malayziya 2025-ci ildə Cənub-Şərqi Asiya ÖIkələri Assosiasiyasına (ASEAN) sədrlik edəcək: "Sədr kimi hədəfimiz ASEAN-ı dialoq, diplomatiya və xoşməramlılıq yolu ilə birlik mərkəzi kimi gücləndirməkdir".
Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir.
“Far.Az” xəbər verir ki, Malayziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza, fəxri qonaq qismində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ümumi qonaqlar arasında isə Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe, Pakistan səfiri Qasım Mohiuddin, Səudiyyə Ərəbistanının səfiri İssam bin Saleh daxil olmaqla Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.
FOTO: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Bakıda 44 yaşlı cərrah VƏFAT ETDİ













