ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb
Far.Az xəbər saytı

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb


ABŞ Hərbi Hava Qüvvələrinin "F-16" qırıcısı Almaniyanın Reynland-Pfalts torpağındakı Şpanqdalem aviabazası ərazisində qəzaya uğrayıb.

"Far.Az" xəbər verir ki, insident barədə "Trierischer Volksfreund" qəzeti bir neçə məxfi mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, qəza pilotun təyyarəni endirmək cəhdi zamanı baş verib. O, katapult edə bilib, bundan sonra qırıcı Binsfeld və Şpanqdalem arasındakı qolf meydançasına düşüb.

Şpanqdalem aviabazasında "F-16" qırıcılarından ibarət eskadrilya yerləşir.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında eyni ərazidə başqa bir qırıcı qəzaya uğrayıb.

Oxşar xəbərlər

17 yaşında təyyarə idarə edən pilotun miniatür dünyasından FOTOREPORTAJ
İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib
Cəbrayıl və Qazax rayonlarında qolf üzrə tanıtım təlimləri keçirilib
"Quba Palace"da qolf turniri keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər