Hikmət Hacıyev: Ermənistanın Konstitusiyasında ərazi iddialarına son qoyulduqdan sonra sülh sazişini imzalana bilər
"Azərbaycan özünün sülh gündəliyi ilə bütün dünya və regionumuz üçün nümunə təqdim etdi".
Far.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global" telekanalına bildirib.
"Daha əvvəl Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olsalar da, 30 il ərzində münaqişənin həlli ilə bağlı model təqdim etmədilər. Lakin bu gün biz əminliklə və sevinclə deyə bilərik ki, regionda münaqişə artıq başa çatıb. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə qədəm qoymuşuq. Vaşinqton Zirvəsindən sonra onun ruhuna sadiq olaraq Azərbaycan bütün regionun tamamilə transformasiyası istiqamətində addımlar atır. Bu xüsusda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarət əlaqələri də başladı. Təbii ki, hələ də həll edilməmiş mövzular var. Bu, Ermənistanın Konstitusiyası ilə bağlı xüsuslardır. Azərbaycana qarşı ərazi iddialarını tamamilə aradan qaldırdıqdan sonra yekun sülh sazişini imzalamağa hazır olacağıq", - deyə Hikmət Hacıyev vurğulayıb.
Hikmət Hacıyev Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd edərək bildirib:
"Vaxtilə "İstanbuldan Şanxaya dəmiryolu olacaq" kimi fikirlər utopik səslənsə də, bu gün hesab edirik ki, Zəngəzur dəhlizinin qurulması ilə bu, reallığa çevriləcək. Bununla Türkiyə və Azərbaycan üzərindən Mərkəzi Asiyadan olan qardaşlarımızla birləşəcəyik".
O, Türkiyə-Azərbaycan əlaqələrinin dünya üçün örnək daşıdığını deyib:
"Burada ölkələrimizin liderlərinin xüsusi rolunu, cənab Prezident İlham Əliyevin, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın xidmətlərini qeyd etmək istərdim. Onların strateji baxışları əsasında Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə dostluğu, tarixi, mədəni bağlantılarımız daha üst səviyyəyə çıxarıldı. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə əlaqələri institusional mexanizmə çevrildi".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər












