Sumqayıtda qanunsuz tikili sökülür
Far.Az xəbər saytı

Sumqayıtda qanunsuz tikili sökülür


Sumqayıt şəhəri ərazisində olan mədəniyyət və istirahət parkında qanunsuz şəkildə quraşdırılmış konstruksiya sökülür.

"Far.Az"un yerli bürosu xəbər verir ki, söküntü işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişiliyi tərəfindən həyata keçirilir.

Məlumata görə, artıq ərazidə müvafiq texnika və canlı qüvvə cəlb olunaraq qanunsuz tikilinin mərhələli şəkildə demontajı aparılır.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində qanunsuz tikililərlə mübarizə tədbirləri mütəmadi xarakter daşıyır və bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilir.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər