Layihə rəhbəri: Gənclərin xarici ölkələrin ali məktəblərinə sənəd qəbulunda süni intellektdən istifadə edilə bilər
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün sənəd qəbulu zamanı süni intellekt alətlərindən istifadə nəzərdə tutulub.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda proqram üzrə siyahıda 33 ölkədən 230-dan çox universitet var:
"15 priotet ixtisas var, onlar üzərindən universitet seçimləri edilir. Bu sahədə yeniliklərdən biri mədəniyyət və incəsənət sahəsi üzrə proqramların sayı 19-a çatdırılmasıdır".
Onun sözlərinə görə, bu il sənəd qəbulu prosesində süni intellekt alətlərindən istifadə nəzərdə tutulur:
"Bu, prosesin daha şəffaf və yoxlamaların düzgün aparılmasına xidmət edəcək. Müraciət edən şəxslər sənədləri yükləyərkən qaydalara riayət etməlidirlər. Sənədlər düzgün təqdim olunmadığı təqdirdə gənclərin dövlət proqramında iştirakına problem yarada bilər".
Qeyd edək ki, bu gündən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu bu gündən açıq elan olunub.
Oxşar xəbərlər
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA













