Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Gəncədə yerləşən abidələr arasında ən mühümü isə Nizami Gəncəvi məqbərə kompleksidir.
Nizami Gəncəvi məqbərə filialının müdiri Gülnarə İsmayılova məqbərənin tarixi haqqında məlumat verib.
O, Baku TV-yə bildirib ki, Nizami Gəncəvi öz dədə-baba yurdu olan Şıx düzündə yaşayıb və el arasında pir kimi tanınan sərdabədə dəfn olunub:
"Tarixçi İsgəndər bəy Münşinin də təsdiq etdiyi kimi, 1606-cı ildə Gəncə şəhərinin indiki ərazisində yenidən formalaşması nəticəsində məqbərə şəhər mərkəzindən kənarda - Qədim Gəncə ərazisində qalır. Müxtəlif üsyanlar zamanı qismən dağılan sərdabənin bərpası üçün 1922-ci ildə xüsusi komissiya yaradılır, 1939-cu ildə isə şairin qəbri açılaraq rəsmi yaradılır və yeni qəbirdaşı hazırlanır.
Şairin 800 illik yubileyi münasibətilə 1941-ci ildə planlaşdırılan məqbərənin inşası İkinci Dünya müharibəsi səbəbindən təxirə salınsa da, 1947-ci ildə təbii daşdan ilk məqbərə tikilir. Daha sonra 1981-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə məqbərənin tikilməsi və Nizami Gəncəvinin miniatür əsərlərinin çapı qərara alınır, 1991-ci ildə isə UNESCO xətti üzrə şairin 850 illik yubileyinə görə hazırkı məqbərə ucaldılır. Prezident İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən, burada müəyyən təmir işləri aparılır. Amma məqbərənin əsaslı təmiri 2012-ci ildə həyata keçirilir".
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür - Akademiyadan REPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər













