Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı
Boş qalan mənzillərdə oğurluq hadisələri baş verir.
Far.Az AzTV-yə istinadən bildirir ki, söhbət Abşeron rayonunun Şəfəq qəsəbəsi ərazisində inşa edilən yaşayış kompleksindən gedir. Sakinlərin sözlərinə görə, oğurluq halları əsasən hələ təhvil verilməyən, boş qalan mənzillərdə qeydə alınır.
Bu mənzillərə daxil olmaq üçün elə də ciddi maneə yoxdur. Çünki qapılar açıqdır. Mənzərə isə göz önündədir. Sosial evlərdə, məlum olduğu kimi, hər bir mənzil zəruri avadanlıqlarla təchiz edildikdən sonra vətəndaşlara təqdim olunur. Lakin hazırda bəzi mənzillərdə yerləşdirilmiş avadanlıqların çıxarılaraq oğurlandığı bildirilir.
Sakinlər deyirlər ki, birinci və ikinci mərtəbələrdə yerləşən bəzi mənzillər hələ nə paylanılıb, nə də istifadəyə verilib. Onların fikrincə, binaların hər tərəfinə müşahidə kameraları quraşdırılsa, oğurluq hallarının qarşısını almaq mümkün olar.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi bildirib ki, kompleks Abşeron Rayon İcra Hakimiyyəti balansına verilib. Abşeron Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, binalar qurumun balansına keçirilsə də, mənzillərin mülkiyyətçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq qalır.
Yaşayış kompleksində baş verən oğurluq hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













