Füzulidə ağır QƏZA: Ölənlər və yaralılar var
Far.Az xəbər saytı

Füzulidə ağır QƏZA: Ölənlər və yaralılar var


Füzuli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində Əli Vəliyev və Mirqəşəm Talıbov ölüb. Süleyman Süleymanov, Rəşad Namazəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Hacıqabul rayonunda ilk dəfə möhtəşəm Quşçuluq Festivalı keçirilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər