"Turan" voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov: "Əsas hədəfimiz Avropadır"
Azərbaycan Yüksək Liqasının qalibi olan qadın voleybolçulardan ibarət "Turan" komandasının əsas hədəfi Avropada uğur qazanmaqdır.
Bunu "Report"a açıqlamasında Tovuz təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov deyib.
O, "DH Volley"ə qarşı keçirdikləri final matçının çətin keçdiyini bildirib:
"İlk dəqiqələrdə adaptasiya baxımından bir az çətinlik çəkdik. Amma növbəti setlərdə daha yaxşı çıxış etdik. Hesabda geridə olduğumuz anlarda oyunçulara motivasiya verməyə çalışdım. Özüm emosional insanam və bu enerjini onlara da ötürdüm. Voleybolçular da bütün tapşırıqları yerinə yetirərək çempionluğa nail oldular".
Z.Rəcəbov növbəti hədəflərinin beynəlxalq arenalar olduğunu vurğulayıb: "Əlbəttə əsas hədəfimiz Avropadır. Orada da sözümüzü deməyə qadirik. Komandanı bir az da gücləndirib, uğurlar qazanmaq istəyirik. Qalib heyəti qorumaq fikrimiz var. Limit qaydalarına uyğun olaraq, iki legioner və yerli oyunçularla heyəti daha da təkmilləşdirsək, Avropada yaxşı nəticələr əldə edəcəyik".
Qeyd edək ki, "Turan" komandası finalda "DH Volley"i 3:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı













