Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs tutulub
Far.Az xəbər saytı

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs tutulub


Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-də saat 20 radələrində Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən 45 yaşlı S.Rüstəmovu saxlayıb.

O, araşdırma aparılması üçün 43-cü Polis Bölməsinə təhvil verilib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Maştağa və Biləcəridə bıçaqlanma hadisəsi olub, saxlanılanlar var - YENİLƏNİB
Binədə yeddi evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəlilabadda iki min manatlıq noxud oğurlayan şəxs saxlanılıb
Bakıda məktəbdə yanğın siqnalı işə düşüb, müəllim və şagirdlər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər