Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb
Far.Az xəbər saytı

Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonunda yaşayan fiziki şəxs Qoşqar Hidayət oğlu Aslanova məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Far.Az-ə verilən məlumata görə, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, çarpaz çirklənmənin qarşısının alınması üçün şəraitin yaradılmadığı, havalandırma sisteminin qurulmadığı, avadanlıqların mütəmadi təmizlənmədiyi, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Bildirilib ki, nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Oxşar xəbərlər

İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər