Hindistanda kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb
Far.Az xəbər saytı

Hindistanda kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb


Hindistanın Andxra-Pradeş ştatında bir kişi məktəbin sinif otağına daxil olaraq 2 şagirdi motorlu mişarla yaralayıb.

"Report" "The Indian Express" nəşrinə istinadən xəbər verir ki, hadisə Anantapur dairəsindəki məktəbdə baş verib.

Yaralılardan birinin 15 yaşı var. Qız boyun və qarın nahiyəsindən dərin yaralar alıb, onun sağ əli demək olar ki, kəsilib. İkinci şagird isə hücum edənin qarşısını almağa çalışarkən xəsarət alıb.

Şübhəli şəxs saxlanılıb. Polisin məlumatına görə, o, yaralılardan birinin qohumudur. Məktəbdəki təmir işləri zamanı işçilər onu fəhlə hesab edərək içəri buraxıblar. Hücumun səbəbi araşdırılır.

Oxşar xəbərlər

Məktəbdə BİABIRÇILIQ - İşçilər qazanxanada kabab çəkib, yeyib-içmək məclisi qurdular
Məktəbin ilk günündən FOTOLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
FHN şagird və müəllimlərlə təlim keçirdi
İstanbulda məktəbdə bıçaqlı hücum: Məzun olmuş qız 8 şagirdi yaraladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər