Bu ilin ilk rübündə Aİ ölkələrindən 692 Gürcüstan vətəndaşı deportasiya edilib
Far.Az xəbər saytı

Bu ilin ilk rübündə Aİ ölkələrindən 692 Gürcüstan vətəndaşı deportasiya edilib


2026-cı ilin yanvar–mart aylarında Avropa İttifaqı (Aİ) ölkələri Gürcüstan vətəndaşlarının deportasiyası ilə bağlı 692 qərar qəbul edib.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.

Statistikaya əsasən, deportasiya edilənlərdən 424-ü kişi, 104-ü qadın, 164-ü isə yetkinlik yaşına çatmayan şəxslərdir.

Ən çox deportasiya qərarı verən ölkə Almaniya (379 nəfər) olub. Sonrakı yerlərdə Fransa (105 nəfər), İtaliya (41 nəfər), Polşa (30 nəfər) və İsveçrə (22 nəfər) qərarlaşıb.

Məlumatda qeyd olunub ki, Gürcüstan tərəfi altı nəfərin readmissiya müqaviləsi çərçivəsində ölkəyə qəbulundan imtina edib. Həmin şəxslərin Rumıniya daxil olmaqla, bir neçə Avropa ölkəsindən deportasiyası planlaşdırılırdı.

Deportasiya prosesi Gürcüstanın imzaladığı "İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişə əsasən həyata keçirilir.

Xatırladaq ki, 2017-ci ilin mart ayından etibarən, Gürcüstan vətəndaşları Şengen zonası ölkələrinə qısamüddətli (180 gün ərzində 90 gün) vizasız səfər etmək hüququna malikdirlər. Gürcüstan hakimiyyəti vətəndaşları bu qaydalara əməl etməyə çağırıb və bildirib ki, pozuntular vizasız rejim üçün risk yarada bilər.

Bu məqsədlə ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması üçün bir sıra tədbirlər görülüb, o cümlədən, qanunvericilik sərtləşdirilib və məsuliyyət mexanizmləri gücləndirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər