Jorjoliani: Gürcüstan Azərbaycan və Ermənistan arasında ticarətin inkişafına kömək edəcək
Gürcüstan Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb və oynayacaq.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani Antalya Diplomatiya Forumunda "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" adlı panel sessiyasında bildirib.
"Biz qonşularımız - Azərbaycan və Ermənistan üçün çox şadıq, onlar sülh razılaşması əldə edə bildilər. İndi onlar ticarət münasibətlərini inkişaf etdirirlər və Gürcüstan da bunda əsas rol oynayır və oynayacaqdır. Biz bunu dəstəkləyirdik", - o bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionuna inkişaf üçün üçtərəfli format lazımdır:
"Məsələn, bir neçə ay əvvəl Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri Tbilisidə görüşdülər və müxtəlif məsələləri - ikitərəfli və üçtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə etdilər. Biz qətiyyətlə inanırıq ki, əgər Cənubi Qafqaz ölkələri, hər üç ölkə, tərəqqi, sabitlik və sülhün qorunması ilə bağlı vahid baxışı bölüşərsə, o zaman xalqlarımız rifah içində yaşayacaqlar".
O əlavə etdi ki, Cənubi Qafqaz "sülh adası"dır və burada biznes aparmaq üçün böyük imkanlar mövcuddur.
Bununla yanaşı o vurğulayıb ki, Cənubi Qafqaz ölkələri praqmatik siyasət yürüdür və regionda sülhün təmin edilməsi üçün siyasi cəsarətə malikdirlər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan və Türkiyə generalları görüşdülər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?













