İngiltərədə məktəblərdə telefon istifadəsi qadağan ediləcək
İngiltərə hökuməti məktəblərdə smartfon istifadəsinin qanunla məhdudlaşdırılması üçün yeni addım atır.
BAKU.WS xəbər verir ki, bu məqsədlə "Uşaqların rifahı və məktəblər haqqında" qanuna əlavə ediləcək müddəa ilə təhsil müəssisələri üçün məcburi qaydalar müəyyənləşdiriləcək.
Məlumata görə, yeni tələblər hazırda bir çox məktəbdə tətbiq olunan telefon məhdudiyyətlərinə hüquqi status verəcək. Təhsil naziri Bricit Fillipson daha əvvəl məktəblərə gün ərzində telefon istifadəsinin məhdudlaşdırılması ilə bağlı tövsiyə göndərmişdi. Yeni dəyişikliklə bu tövsiyə məcburi qaydaya çevriləcək.
Nazir müavini Baroness Yacqui Smiz bildirib ki, əvvəlki qaydalarda yer alan "telefonlar görünməsin və eşidilməsin" prinsipi yenilənərək daha sərt nəzarət mexanizmləri nəzərdən keçirilir. Bu çərçivədə bəzi məktəblərdə tətbiq olunan kilidli dolablar və xüsusi qoruyucu qutular kimi üsullar da gündəmdədir.
Təhsil keyfiyyətinə nəzarət edən Ofsted qurumu apreldən etibarən məktəblərdə telefon siyasətinin icrasını yoxlamağa başlayacaq.
Qeyd olunur ki, müxalifət bu addımı dəstəkləsə də, məktəb rəhbərləri və təhsil birlikləri əlavə maliyyə dəstəyi tələb edir. Bildirilir ki, yeni qaydaların tətbiqi üçün əlavə infrastruktur, xüsusilə telefonların saxlanması üçün şərait yaradılmalıdır.
Böyük Britaniyanın digər bölgələrində isə yanaşma fərqlidir. Şotlandiyada məktəb rəhbərlərinə qadağa tətbiq etmək səlahiyyəti verilib, Uelsdə ümumi qadağa yoxdur, lakin direktorlar məhdudiyyət tətbiq edə bilir. Şimali İrlandiyada isə "telefonsuz məktəb" layihəsi pilot olaraq davam edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
-
Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi













