Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi
Far.Az xəbər saytı

Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi


Bu gün saat 20:20 radələrində "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Bakı metropolitenindən Far.Az-ə verilən məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

***19:30

Bakı metrosunda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlıq səbəbindən hərəkət dayanmışdı.

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-dan sonra bərpa edilsə də, qatarların hərəkət intervalında problemlər aradan qalxmayıb.

Bu barədə sərnişinlər Far.Az-in "qaynar xətti"nə məlumat bildiriblər.

Qeyd edilib ki, "Dərnəgül" - "28 may" stansiyaları istiqamətində sərnişin sıxlığı yaranıb. Qatarların intervalında gecikmələr olub.

Hazırda stansiyalardaƏ, xüsusən də "28 may" stansiyasında həddindən artıq sərnişin var. Hətta çox sərnişin metroya daxil ola bilmir.

Oxşar xəbərlər

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb
Bakı metrosunda qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB-3
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür
Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər