Bahar Muradova: Uşaqların zərərli informasiyadan qorunması Azərbaycanın əsas prioritetlərindəndir
Uşaqların zərərli informasiyadan qorunması Azərbaycanın əsas prioritetlərindəndir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Ankarada "Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Komitə sədri qeyd edib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlara yeni imkanlar açmaqla yanaşı, onları ciddi risklərlə də üz-üzə qoyur:
"Kiberzorakılıq, şəxsi məlumatların sui-istifadəsi, zərərli kontentə çıxış və onlayn istismar artıq qlobal problemə çevrilib. Bu səbəbdən hüquqi çərçivələrin mövcudluğu kifayət deyil. Əsas məsələ onların real və effektiv tətbiqidir. Burada dövlətin həm tənzimləyici, həm də qoruyucu, preventiv rolu xüsusi əhəmiyyət daşıyır".
Bahar Muradova beynəlxalq təcrübənin bu sahədə ən uğurlu yanaşmalarının kompleks xarakter daşıdığını bildirib.
"Qanunvericilik müasir texnoloji inkişafla uzlaşmalı, çevik və dinamik olmalıdır. Eyni zamanda, dövlət qurumları, təhsil müəssisələri, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti arasında güclü əməkdaşlıq qurulmadan onlayn təhlükəsizliyi təmin etmək mümkün deyil", - o deyib.
Maarifləndirməni bu məsələdə əsas istiqamətlərdən biri hesab edən komitə sədri qeyd edib ki, uşaqların, valideynlərin və müəllimlərin rəqəmsal savadlılığının artırılması risklərin qarşısının alınmasında mühüm rol oynayır: "Məlumatlı istifadəçi təhlükələri daha tez tanıyır və düzgün qərar verir".
Bu istiqamətdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan B. Muradova bununla uşaqların fiziki, psixoloji və mənəvi inkişafına zərər verə biləcək informasiyadan qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edildiyini bildirib:
"Monitorinq və qiymətləndirmə mexanizmlərinin gücləndirilməsi də vacibdir. Qəbul edilən siyasətlərin təsiri mütəmadi ölçülməli, mövcud boşluqlar operativ şəkildə aradan qaldırılmalıdır. Bununla yanaşı, rəqəmsal mühit sərhəd tanımadığından beynəlxalq əməkdaşlıq da bu sahədə mühüm rol oynayır".
Bu istiqamətdə mühüm addımlar atıldığını vurğulayan B. Muradova "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı" və "Uşaq hüquqları haqqında" Qanunun bu sahədə sistemli yanaşmanı gücləndiridiyini də bilditib.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Yurdumuza bahar gəlir!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur













