Rəşad Sadıqov: "Güclü komandaya qarşı yaxşı mübarizə apararaq finala yüksəldik"
"Zirə"Azərbaycan Kubokunun yarımfinalında güclü rəqibə qarşı mübarizə apararaq finala yüksəlib.
"Report" xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"a qarşı keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:
"Gərgin və stressli qarşılaşma alındı. Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik. Bəlkə də mövsümün ən gərgin matçını oynadıq. 65-ci dəqiqəyə qədər qarşılaşma bərabər səviyyədə gedirdi, daha sonra rəqib irəli atıldı. Biz isə hesabı qorumaq üçün daha çox müdafiəyə üstünlük verdik. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Futbolçularıma təşəkkür edirəm, güclü komandaya qarşı yaxşı mübarizə apararaq finala yüksəldik."
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə bitib. Cavab oyununda isə hesab açılmayıb və Bakı klubu 2 qarşılaşmanın nəticəsinə əsasən finala adlayıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













