Astanada Regional Ekoloji Sammit başlayır
Qazaxıstanın paytaxtı Astanada "Dayanıqlı gələcəyə ortaq baxış" mövzusunda Regional Ekoloji Sammit - 2026 (RES 2026) öz işinə başlayır.
Tədbirin təşkilatçılarının "Far.Az"a verdiyi məlumata görə, sammit Mərkəzi Asiya ölkələrində ekosistemlərin, su və torpaq resurslarının qorunması, bərpası və birgə istifadəsi, habelə biomüxtəlifliyin qorunub saxlanılması üzrə kompleks siyasət və alətlərin formalaşdırılmasına yönəlib.
RES 2026 Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT və bir sıra digər beynəlxalq təşkilatlarla birlikdə təşkil olunub. Sammit ekoloji çağırışların aradan qaldırılmasına regional yanaşmanı əks etdirən birgə həll yollarının işlənib hazırlanmasına yönəlmiş ilk irimiqyaslı tədbirdir.
Sammitdə Azərbaycan, İtaliya, Almaniya, Çin, Rusiya, Yaponiya və digərləri daxil olmaqla, 15 ölkədən nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində Tehran Konvensiyası üzrə nazirlər dialoqu keçiriləcək, onun yekunlarına əsasən, Xəzər dənizinin ekosisteminin qorunmasına yönəlmiş dövlətlərarası proqramın hazırlanması təşəbbüsünün təsbit ediləcəyi bəyannamənin qəbulu gözlənilir. Həmçinin BMT strukturunda Beynəlxalq Su Təşkilatının yaradılması üzrə məsləhətləşmələr planlaşdırılır. BMT-yə üzv dövlətlərin su qurumlarının, BMT-nin su mandatını həyata keçirən agentliklərin, eləcə də tədqiqat institutlarının rəhbərlərinin iştirakı gözlənilir.
Aprelin 22-dən 24-dək keçiriləcək "RES 2026 EXPO Beynəlxalq "yaşıl" texnologiyalar sərgisi" sammitə mühüm praktik əlavə olacaq. Sərgidə Mərkəzi Asiyanın və müşahidəçi ölkə qismində Azərbaycanın pavilyonları təqdim ediləcək.
"RES 2026 EXPO"da 30 ölkədən 300-ə yaxın şirkət iştirak edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib













