Samir Abasov: "Sabah" "Qarabağ"ın "düsturunu tapıb"
"Sabah" komandası "Qarabağ"ın "düsturunu tapdığı" üçün Azərbaycan Kubokunda finala yüksəlməyə daha yaxındır.
Bunu "Report"a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov bildirib.
Təcrübəli mütəxəssis yarımfinalın bu gün baş tutacaq cavab görüşü öncəsi şansları dəyərləndirib:
"Son vaxtlar maraqla izlədiyim oyunlar elə "Sabah" və "Qarabağ" arasındakı görüşlərdir. Çünki maraqla gözlənilir. Kubok oyunudur, hər iki komanda titul qazanmaq istəyir. "Qarabağ" həm titul, həm də "Sabah"a məğlub olmamaq üçün bu matçdan yapışacaq. Amma son qarşılaşmalar göstərir ki, "Sabah" "Qarabağ"a qarşı necə oynamaq, necə qalib gəlmək və uduzmamaq lazım olduğunu bilir. Sanki rəqibin "düsturunu tapıblar". "Qarabağ" üçün öz oyununu dəyişmək bir az çətindir, çünki mövsümün sonudur və buna vaxt lazımdır. Bəlkə növbəti mövsümdə tam fərqli "Qarabağ" görə bilərik".
S.Abasov psixoloji üstünlüyün də paytaxt təmsilçisinin tərəfində olduğunu vurğulayıb:
"Nədənsə, finala çıxacaq komanda kimi "Sabah"ı görürəm. Dünənə qədər "Qarabağ"ın təcrübəsinə görə üstünlük onlarda idi, amma görünən odur ki, "Sabah" bu sınağa çox hazırdır. Çempionatdakı şəxsi oyunlarda da "Sabah" rəqibini üstələyir. Bu durum "Qarabağ"ın futbolçularında psixoloji təzyiq yarada bilər. Artıq neçənci dəfədir ki, rəqibi üstələyə bilmirlər. Əlbəttə, mən kənardan baxan insanam, bəlkə də onlar bu cür oyunlara öyrəşdikləri üçün çox rahatdırlar. İstənilən halda, futbolun içində olan insan kimi "Sabah"ı bir addım öndə görürəm".
Qeyd edək ki, komandalar arasında cavab görüşü bu gün "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. İlk oyunda heç-heçə (2:2) qeydə alınıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb













