Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradılıb
Far.Az xəbər saytı

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradılıb


Suriyanın Azərbaycanla Birgə Biznes Şurası yaradılıb.

"Report" xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, hazırda Suriya üçün çağırış çox böyükdür: "Bu gün etməli olduğumuz ilk şey dünya ilə yenidən əlaqə qurmaqdır. Keçmişdəki zülmkar sistem və rejim səbəbindən biz təkcə 15 il deyil, son 65 il ərzində dünya ilə hər cür əlaqədən tamamilə məhrum idik. Buna görə də yenidən əlaqələr qurmalı, proseslərə qoşulmalı, eyni zamanda ölkəmizi yenidən inşa edib bərpa etməli və varlığımızı bütün dünyaya göstərməliyik. Keçmişdə münasibətlərimiz olan, lakin sağlam olmayan bütün ölkələrlə əlaqələr qurmalıyıq".

O qeyd edib ki, bugünkü Suriya tamamilə fərqli bir ölkədir: "O, dinc, dostcanlı və açıq bir ölkədir. Biz azad bazar iqtisadiyyatındayıq. Artıq sosialist olduğumuzu və ya buna bənzər bir şeyi iddia etmirik. Yəni bütün mənzərə fərqlidir. Yenidən əlaqələr qurarkən qarşılaşdığımız çətinliklərə misal göstərmək istərdim. Cəmi bir həftə əvvəl Suriya Özbəkistanla Biznes Şurası təsis etdik. Bu gün isə Mikayıl Cabbarovla birgə Suriya-Azərbaycan Biznes Şurasının yaradıldığını elan etdik. Beləliklə, son 60 ildə itirdiyimiz dünya ilə yenidən əlaqə qurmağa başlayırıq. Bu, asan tapşırıq deyil".

Oxşar xəbərlər

"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər