Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır
Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı milli qanunvericilikdən "lizinq" anlayışının çıxarılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu barədə qanun layihəsinin müzakirə edildiyi Milli Məclisin İqtisasi siyasət, sənaye və sahbikarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
İclasda qeyd olunub ki, beynəlxalq termin olan "leasing" sözü dilimizə tələffüz olunduğu kimi keçib, "lizinq" kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun "maliyyə icarəsi" kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib. Bir sıra ölkələrdə də "financial lease" termini həmin ölkələrin dilində hərfi tərcümədə olduğu kimi istifadə edilir. Məsələn:
⦁ türk dilində - finansal kiralama;
⦁ ingilis dilində - financial lease;
⦁ ispan dilində - arrendamiento financiero;
⦁ fransız dilində - le crédit-bail.
Mülki Məcəllənin 38-ci fəsli "Lizinq" adlansa da o əslində "maliyyə lizinqi", yeni ifadə ilə desək "maliyyə icarəsi" ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə "maliyyə lizinqi" termini indiyə qədər əsasən Vergi Məcəlləsində istifadə edilib.
Beləliklə, yeni qanunun qəbulu ilə "maliyyə icarəsi"nə dair vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, "lizinq" adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusunun və mahiyyətinin bu xidmətin istehlakçılarının daha aydın qavramasına nail olunacaq. Bu xidmətin alıcılarında lizinq adı ilə təqdim olunan bu xidmətin icarəyə aid olmasından daha çox, onun kredit münasibəti olması rəyi formalaşırdı. Bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"
-
Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
-
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.07.2026)
-
Məşhur türkiyəli aparıcı vəfat edib
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb













