Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib
Far.Az xəbər saytı

Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib


Lənkəran rayonu ərazisindəki Hikan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.

Far.Az report-a istinadən xəbər verir ki, rayonun dağlıq və dağətəyi ərazisində yerləşən Hirkan-Daştatük-Biləsər yolunda sürüşmə zolağı genişlənib.

Nəticədə yolun hərəkət zolağında çökmələr əmələ gəlib, nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaranıb. Qeyd edək ki, bu yol bir neçə kəndin rayon mərkəzinə çıxışını təmin edir və digər alternativ nəqliyyat yolu yoxdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ərazinin nəzarətdə saxlanıldığı, geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacağı bildirilir.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər