ARDNF-in investisiya portfelində dolların payı 71 %-i keçib
Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 73 milyard 515,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Far.Az" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 11 milyard 65,7 milyon ABŞ dolları və yaxud 17,7 % çoxdur.
Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 71,1 %-i (52 milyard 238,7 milyon) ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 5 faiz bəndi çoxdur.
Əvəzində investisiya portfelində avronun payı 4,5 faiz bəndi azalaraq 16,9 %-ə (10 milyard 845,5 milyon) düşüb.
Hesabat dövründə portfeldə ingilis funt sterlinqinin payı 0,3 faiz bəndi azalaraq 4,8 % (2 milyard 260,3 milyon), Çin yuanının payı 0,2 faiz bəndi azalaraq 2,3 % (11 milyard 515,6 milyon), yapon yeninin payı dəyişməyərək 1,3 % (154 milyon 867,4 min), digər xarici valyutaların payı isə isə dəyişməyərək 3,6 % (2 milyard 690,1 milyon dollar ekvivalentində) təşkil edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb
ARDNF-nin investisiya portfelində dolların payı 70 %-i keçib
İsrail-İran münaqişəsi və valyuta bazarı: Dolların mövqeyi zəifləyə bilərmi?
Asiyaya açılan investisiya pəncərəsi: ARDNF-nin Çin strategiyası genişlənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Avropa Komissiyası təmiz enerjiyə keçidi sürətləndirmək üçün yeni plan elan edib













