"Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Far.Az xəbər saytı

"Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb


Oktyabrın 23-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Assist Finance İnvestisiya Şirkəti" ASC-nin 800 min manatlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 8 000 ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqraz abunə yazılışı ilə yerləşdiriləcək.

Qiymətli kağızlar 6 ay tədavüldə olacaq. Bir istiqraz üzrə minimum yerləşdirilmə qiyməti 90 manatdır. Bu qiymətdən aşağı təqdim edilmiş sifarişlər qəbul edilmir. Yerləşdirmə zamanı sifarişlər ən yüksək qiymət təklifindən başlayaraq aşağı qiymətə doğru ardıcıllıqla icra ediləcək. Tədavül müddətinin sonunda nominal dəyər üzrə geri ödəniş ediləcək.

Oxşar xəbərlər

Azərbaycanın investisiya şirkəti 800 min manatlıq istiqraz buraxır
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət verilməsi təsdiqlənib
"Prior Leasing"in istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər