"Reuters": İran ələ keçirilən gəmiləri Bəndər-Abbas limanına aparıb
İran Hörmüz boğazında ələ keçirilən gəmiləri Bəndər-Abbas limanına aparıb.
"Far.Az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Çərşənbə günü İran tərəfindən ələ keçirilən 2 ədəd konteyner gəmisi Bəndər-Abbas istiqamətinə yönləndirilib", - məlumatda bildirilib və əlavə olunub ki, birinci gəmi dünyanın ən böyük konteyner gəmiçiliyi şirkəti olan "Mediterranean Shipping Company"yə (MSC) məxsus olub:
"Bu gəmi Panama bayrağı altında hərəkət edirdi".
İkinci gəmi Yunanıstanın "Tekmar" şirkəti tərəfindən idarə edilir, Liberiya bayrağı dalğalansa da, heyəti Ukrayna ilə Filippindən olan 21 nəfərdən ibarət idi: "Bu gəmi Omanın şimal-qərbində İslam İnqilabı Keşikçiləri Korpusunun patrul qayığı tərəfindən birbaşa hədəf olub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi













