Mirziyoyev 2027-ci ildə Ümumdünya Gənclər İqlim Forumunun keçirilməsini təklif edib
Far.Az xəbər saytı

Mirziyoyev 2027-ci ildə Ümumdünya Gənclər İqlim Forumunun keçirilməsini təklif edib


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2027-ci ildə ölkədə Ümumdünya Gənclər İqlim Forumunun keçirilməsini təklif edib.

"Far.Az" Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o Astana şəhərində keçirilən regional ekoloji sammitdə bildirib.

"Ekoloji təhsil və gənclərin fəal şəkildə cəlb olunması iqlim gündəliyinin və ekoloji mədəniyyətin inkişafı üçün çox vacibdir. Bu məqsədlə Bakı şəhərində COP29 çərçivəsində ölkələrimizin gənclərinin iştirakı ilə Ekologiya üzrə Məşvərət Komitəsi yaradılıb. Təklif edirəm ki, həmin komitə platformasında 2027-ci ildə Özbəkistanda Ümumdünya Gənclər İqlim Forumu keçirilsin", - o bildirib.

Mirziyoyev həmçinin qeyd edib ki, görülən tədbirlər nəticəsində Özbəkistan hər il təxminən 10 milyard kubmetr suya qənaət edir. Onun sözlərinə görə, ölkədə "yaşıl enerji"nin payı 30 %-ə çatıb və onilliyin sonunadək 50 %-i keçəcəyi gözlənilir. O vurğulayıb ki, Özbəkistan Paris Sazişi üzrə öhdəliklərini vaxtından əvvəl yerinə yetirərək emissiyaları 35 % azaldıb və 2035-ci ilədək bu göstəricini 50 %-ə çatdırmağı planlaşdırır.

Prezident tullantıların emalı ilə enerji istehsalı layihələrinin həyata keçirildiyini bildirib: cari ildə iki müvafiq zavod fəaliyyətə başlayacaq, növbəti iki il ərzində daha doqquz zavodun istifadəyə verilməsi planlaşdırılır. Bu, hər il 5,5 milyon tona qədər tullantının utilizasiyasına və 2,2 milyard kVt/saat elektrik enerjisi istehsalına imkan verəcək.

"Bugünkü forumda qəbul ediləcək "Mərkəzi Asiyanın Ekoloji Həmrəyliyi" bəyannaməsi, eləcə də BMT strukturları ilə sıx tərəfdaşlıq şəraitində icra olunacaq 2030-cu ilədək fəaliyyət proqramı ümumi işə mühüm töhfə verəcək", - o deyib.

Mirziyoyev həmçinin bir sıra təşəbbüslər irəli sürüb. Onların arasında "Mərkəzi Asiyanın Təmiz Hava" konsorsiumunun yaradılması, "yaşıl ticarət dəhlizi"nin formalaşdırılması, iqlim layihələri üzrə vahid investisiya portfelinin işə salınması və ətraf mühitdə dəyişikliklərin regional atlasının hazırlanması yer alır.

Bundan əlavə, o, Beynəlxalq Təbiət Mühafizəsi ttifaqı ilə koordinasiyada "Mərkəzi Asiyanın Qırmızı Kitabı"nın hazırlanmasını, eləcə də torpaqların deqradasiyasının monitorinqi sahəsində elmi əməkdaşlığın gücləndirilməsini təklif edib.

Sonda o, tərəfdaşları 31 may – 5 iyun tarixlərində Səmərqənddə keçiriləcək Qlobal Ekoloji Fondun 8-ci Assambleyasında və sentyabrın sonunda keçiriləcək Dünya Su Qənaəti Forumunda iştiraka dəvət edib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər