Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
Bakıda fəaliyyət göstərən İstanbul NS Klinikasında katarakta əməliyyatı rekord sürətlə - cəmi 1 dəqiqə 39 saniyə ərzində uğurla icra olunub.
Əməliyyatı 20 ildən artıq təcrübəyə malik cərrah-oftalmoloq Rəşidəlizadə Ergün həyata keçirib. Müasir göz cərrahiyyəsində belə qısa müddətdə icra olunan əməliyyatlar nadir hallarda rast gəlinir və yüksək peşəkarlıq tələb edir.
Katarakta (mirvari suyu) dünyada və Azərbaycanda görmə zəifliyinin əsas səbəblərindən biridir. Müasir texnologiyalar sayəsində bu xəstəliyin müalicəsi qısa müddətdə və təhlükəsiz şəkildə aparıla bilir.
Xatırladaq ki dünya dərclərində kataraktanın fakoemulsifikasiyası və süni billur implantasiyası əməliyatı bu cərrahi üsulun təkmilləşdirilməsində müstəsna rolu olan yapon alimi cərrah Takayuki Akahoshi tərəfindən 1 dəqiqə 29 saniyəyə icra edilmişdir.
Həkimin sözlərinə görə, əməliyyatın sürətli icrası bir çox hallarda xüsusi əhəmiyyət daşıyır:
"Bəzi hallarda, xüsusilə uşaqlarda və ya ümumi vəziyyəti zəif olan yaşlı pasiyentlərdə əməliyyatın sedasiya və ya ümumi narkoz altında aparılması tələb olunur. Bu zaman əməliyyat müddətinin qısa olması narkozun təsir müddətini azaltmaq baxımından çox vacibdir. Eyni zamanda, cərrahi manipulyasiya nə qədər qısa davam edərsə, göz toxumalarına mexaniki təsir də bir o qədər az olur."
Mütəxəssis qeyd edir ki, bu nəticə müasir mikro-cərrahi texnologiyalar və xüsusi texniki yanaşmaların tətbiqi sayəsində əldə olunub.
Ekspertlər tövsiyə edir ki, görmə zəifliyi müşahidə olunduqda vaxtında oftalmoloqa müraciət etmək vacibdir. Katarakta erkən mərhələdə aşkar edildikdə müalicə daha effektiv olur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda katarakta əməliyyatı rekord qısa müddətdə - 1 dəqiqə 39 saniyə ərzində icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər













