Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır.
"Far.Az" xəbər verir ki, 24 aprel – 3 may tarixlərində Dənizkənarı Milli Park ərazisində açıq səma altında keçiriləcək festival ziyarətçilərə zəngin proqram təqdim edəcək.
Tədbir çərçivəsində yüksək səviyyəli caz ifaları, zərif qastronomik təcrübələr və seçilmiş şərab nümunələri bir məkanda təqdim olunacaq.
Festivalın əsas məqsədi Azərbaycanın özünəməxsus caz ənənələrinin yaşadılması, gənc istedadlara dəstək verilməsi, caz musiqisinin daha geniş auditoriyaya çatdırılmasıdır.
İndiyə qədər caz konsertləri qapalı məkanlarda məhdud auditoriya üçün nəzərdə tutulurdusa, indi bulvara gələn hər kəs bu musiqinin sədalarını eşidə biləcək.
Hər gün üçün xüsusi proqram hazırlanıb. Bununla yanaşı, Azərbaycanın zəngin şərabçılıq ənənələri təqdim olunacaq, yerli istehsalçıların məhsulları nümayiş etdiriləcək, dequstasiyalar və master-klasslar təşkil ediləcək.
Festival Dövlət Kukla Teatrı yaxınlığında, ənənəvi yarmarka ərazisində keçiriləcək.
Tədbir hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər axşam saat 19:00-dan etibarən açıq səma altında canlı konsert proqramları təşkil olunacaq.
Festivalın keçirildiyi məkana və konsert ərazisinə giriş sərbəstdir, yalnız səhnəyə yaxın xüsusi zonalara biletlə daxil olmaq mümkündür.
Oxşar xəbərlər
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Cennifer Lopezin dizayneri boşanır
-
Tramp İran hökumətinə təşəkkür etdi
-
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub













