Ucarda çaqqal insanlara hücum edib, üç nəfər xəsarət alıb - YENİLƏNİB - TƏFƏRRÜAT
Ucar rayonunda çaqqalın insanlara hücumunun bəzi təfərrüatları məlum olub.
Bu barədə yırtıcı heyvanın hücumuna məruz qalan Ucarın Rəstəcə kənd sakini Fatma Həsənova "Far.Az"un Yuxarı Şirvan bürosuna açıqlamasında danışıb.
F.Həsənova həyətyanı sahədə işləyərkən qonşusu Güləndam Məmmədovaya çaqqalın hücum etdiyini görərək onun köməyinə qaçdığını, yaşlı qadını birtəhər xilas etdiyini deyib.
G.Məmmədova isə qonşusu köməyə gəlməsəydi, çaqqalın onu parçalayacağını bildirib.
Daha sonra evinə qayıdan F.Həsənova bu dəfə öz həyətində çaqqalın hücumuna məruz qalıb. Həyat yoldaşı Musa Həsənov onun səsini eşidərək həyətə çıxıb. Bu zaman çaqqal onun bir barmağını qoparsa da, ər-arvad çətinliklə yırtıcını öldürə biliblər.
Ağır xəsarət alan M.Həsənov və F.Həsənova dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.
Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı G.Məmmədovanın köməyinə gələn qonşuları - 67 yaşlı Musa Həsənov və onun həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarət alıblar.
Ucar Rayon Mərkəzi Xəstəxanasından "Far.Az"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) caqqal dişləməsi diaqnozu ilə xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə daxil olublar.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Oxşar xəbərlər
Ucarda bazarda ciddi nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Ucarda çaqqal insanlara hücum edib, üç nəfər xəsarət alıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb
-
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
-
Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü
-
Gəncədə dəm qazı can aldı













