Bakının Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkətini yenidən təşkil edib.
Far.Az nazirliyə istinadən xəbər verir ki, kəsişmədə arakəsmə ləğv edilərək nizamlanan yolayrıcı yaradılıb.
Bununla da Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkəti təmin olunub.
Dəyişikliklər nəticəsində nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb. 8 marşrut üzrə (4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli) 140-dan artıq avtobusun hərəkət sxemi dəyişdirilib.
Ərazidə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi işıqforlar quraşdırıb. Piyadaların əlçatanlığı və təhlükəsizliyinin təmin edilməsi üçün işıqforların qarşısında nizamlanan eynisəviyyəli piyada keçidləri təşkil olunub.
Beləliklə, Yusif Səfərov küçəsindəki geriyədönmə yerinin nəqliyyat yükünün 950 avt/saat azalacağı proqnozlaşdırılır. Həyata keçirilən dəyişikliklər nəqliyyat vasitələrinin hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atomosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.
Əvvəllər Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyli küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Yusif Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyədönmə yerindən istifadə edirdilər. Bu isə həm Yusif Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyədönmə yerində nəqliyyat yükünün və sıxlığın artmasına səbəb olurdu. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən edilməyən yerlərdən keçmək məcburiyyətində qalırdılar.
Far.AzOxşar xəbərlər
Xocalı prospektində 140-dan çox avtobusun hərəkət sxemi dəyişdirilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
NİİM: Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur
Yük avtomobili sürücülərinə müraciət edilib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan çempionu 4 illik diskvalifikasiya olunub
-
Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi yüksək texnologiyalı protezlə təmin edilib
-
Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişib
-
Azərbaycana 330 min manatlıq aksiz markasız tütün məmulatının keçirilməsinin qarşısı alınıb
-
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
-
Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaları təsdiqləyib