Yük avtomobili sürücülərinə müraciət edilib
Ötən gün axşam saatlarında Nizami rayonu, Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində, Yasamal rayonu, Tbilisi prospektində və Rövşən Cəfərov küçəsində texniki nasaz yük avtomobillərinin yolda qalması sıxlığın yaranmasına səbəb olub.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən xəbərə görə, bu səbəbdən metronun "Neftçilər" və "20 Yanvar" stansiyaları, eləcə də "Xırdalan" dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri dəqiqələrlə sıxlıqda gözləməli olublar:
"Təbii ki, müşahidə kameralarının qeydə aldığı vəziyyətlə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qısa müddətdə sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə işlər görüldü. Ancaq təəssüf ki, əksər hallarda texniki nasaz yük avtomobilləri, xüsusilə də intensiv hərəkət olan yollarda qalmaqla həm süni sıxlığın yaranmasına səbəb olurlar, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradırlar. Bildiririk ki, yola çıxmazdan öncə nəqliyyat vasitələrinin sazlığı yoxlanılmalı, texniki nasazlıq səbəbindən yolda qaldıqda isə təhlükəsizlik tədbirləri görülməlidir".
BAKU.WSOxşar xəbərlər
NİİM: Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Neftçi”dən Qara Qarayev ilə bağlı QƏRAR
Xocalı prospektində 140-dan çox avtobusun hərəkət sxemi dəyişdirilib
Bakının Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
-
Levan Jorjoliani: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını məmnuniyyətlə dəstəkləyirik
-
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - YENİLƏNİB














