"Benfika"nın futbolçusu Canluka Prestianni Vinisiusu təhqir etdiyinə görə 6 oyunluq cəzalandırılıb
Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Canluka Prestianni UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real"ın (İspaniya) hücumçusu Vinisius Juniora qarşı homofob xarakterli təhqirə yol verdiyi üçün cəzalandırılıb.
"Far.Az" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun Etika və İntizam Müfəttişinin araşdırmasından sonra oyunçuya qarşı intizam işi açılıb.
Nəticədə UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı C.Prestianniyə klub və ya milli komanda səviyyəsində keçirilən 6 rəsmi matçda iştirak qadağası qoyub. Cəzanın 3 oyunu qərar qəbul edildiyi tarixdən etibarən iki il müddətinə sınaq müddəti kimi müəyyənləşdirilib. Diskvalifikasiya müddətinə fevralın 25-də keçirilən cavab qarşılaşmasında çəkilən bir oyunluq cəza da daxil edilib.
Bundan əlavə, UEFA qeyd olunan cəzanın dünya miqyasında tətbiq edilməsi üçün FIFA-ya müraciət edib.
Qeyd edək ki, fevralın 17-də keçirilən ilk görüş Madrid klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













