Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu
Far.Az xəbər saytı

Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu


Macarıstanda hakimiyyətə gələn "Tisa" partiyasının lideri Peter Madyar hökumətdə diqqət çəkən təyinat həyata keçirib.

Far.Az-in Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Madyar görmə qabiliyyətini itirmiş siyasətçi Vilmoş Katai-Nemetini sosial və ailə məsələləri üzrə nazir vəzifəsinə gətirib. Bu, ölkə tarixində ilk belə hal kimi qiymətləndirilir.

Baş nazir bildirib ki, hökumətin əsas prioriteti vətəndaşların harada doğulmasından və mənşəyindən asılı olmayaraq keyfiyyətli səhiyyə və təhsil xidmətlərinə çıxışını təmin etməkdir.

Məlumata görə, Madyar aprelin 24-də təhsil naziri postuna da qadın namizəd təyin olunacağını açıqlayıb. O, son günlər parlament sədri, xarici işlər naziri və partiyanın fraksiya rəhbərliyi üçün də qadın namizədlər irəli sürüb.

Bundan əvvəl "Tisa" partiyasının lideri ölkənin Avropa İttifaqı və NATO ilə münasibətlərini tam formatda bərpa etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, yeni hökumət demokratik institutların fəaliyyətini gücləndirməyə çalışacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər