Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub
Boks üzrə Azərbaycan millisi Braziliyanın Fos-du-İquasu şəhərində keçirilmiş Dünya Kubokunda komanda hesabında ikinci olub.
Bu barədə "Far.Az"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komandamız Dünya kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.
Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayarla (Mərakeş) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.
Onun ardınca Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandamızın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.
Millimizin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.
Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.
Qeyd edək ki, boksçular Vətənə aprelin 29-da qayıdacaqlar.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Dünya kuboku: Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Süd BAHALAŞACAQ
-
Yaponiyada 1400 yanğınsöndürən güclü meşə yanğınları ilə mübarizə aparır
-
İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər













