FIFA-nın dəstəyi ilə Lənkəranda qızlar üçün futbol festivalı keçirilib
Far.Az xəbər saytı

FIFA-nın dəstəyi ilə Lənkəranda qızlar üçün futbol festivalı keçirilib


AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə "FIFA Women"s Development Programme" çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan tədbirdə 63 qız iştirak edib.

Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Tədbirdə AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, qadınlardan ibarət milli komandaların məşqçiləri və oyunçuları iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib. İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar. Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər