Hansı qan qrupu sağlamlıq baxımından daha üstün sayılır? – Araşdırma
Yeni elmi araşdırmalar qan qrupları ilə bəzi xəstəliklərə meyillilik arasında əlaqə olduğunu göstərir.
Far.Az xəbər verir ki, ən çox istifadə olunan ABO sistemi qan qruplarını eritrositlərin səthindəki antigenlərə görə müəyyən edir. Bu sistemə əsasən I (O), II (A), III (B) və IV (AB) qrupları fərqləndirilir.
Araşdırmalar göstərir ki, I (O) qan qrupu müəyyən üstünlüklərlə seçilə bilər. Belə ki, bu qrupa sahib insanlarda tromboz riski digər qruplarla müqayisədə daha aşağıdır.
Mütəxəssislər bildirir ki, bu fərq qanda dövr edən bəzi zülalların miqdarı ilə bağlıdır.
Bununla yanaşı, II (A), III (B) və IV (AB) qan qruplarında ürək-damar xəstəlikləri və qan laxtalanması riskinin nisbətən yüksək olduğu qeyd olunur.
Elmi müşahidələr IV (AB) qan qrupuna malik şəxslərdə yaş artdıqca yaddaş problemləri və koqnitiv zəifləmə ehtimalının daha çox ola biləcəyini də göstərir.
Digər tədqiqatlarda isə II (A) və IV (AB) qan qruplarının Helicobacter pylori infeksiyasına daha həssas olduğu və bunun qastrit və mədə xəstəlikləri riskini artırdığı vurğulanır.
Bəzi nəticələrə görə, I (O) qan qrupuna sahib şəxslərdə COVID-19 infeksiyasının daha ağır keçmə ehtimalı nisbətən aşağıdır.
Bununla belə, mütəxəssislər qeyd edir ki, qan qrupu sağlamlığa təsir edən amillərdən yalnız biridir. Ümumi həyat tərzi, qidalanma və fiziki aktivlik daha həlledici rol oynayır.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Süd BAHALAŞACAQ
-
İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər













