Panama kanalından keçən gəmilərin sayı artıb
Far.Az xəbər saytı

Panama kanalından keçən gəmilərin sayı artıb


Panama kanalı Yaxın Şərqdəki hərbi münaqişə fonunda oradan keçən gəmilərin sayının daha da artacağını gözləyir.

"Far.Az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Panama Kanalı İdarəsinin maliyyə direktoru Viktor Vial bildirib.

Onun sözlərinə görə, ABŞ ilə İran arasındakı müharibə də daxil olmaqla, regionda gərginləşən vəziyyət artıq dəniz gəmiçiliyi marşrutlarına təsir göstərib. Xüsusilə, mayeləşdirilmiş təbii qaz daşıyan daha çox gəmi kanaldan keçməyə başlayıb:

"Bu tendensiyanın Yaxın Şərqdəki vəziyyət həll olunana qədər davam edəcəyi gözlənilir".

Panama Kanalı İdarəsi cari maliyyə ilinin oktyabr ayından bəri gəmi tranzitlərinin sayının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 300 dəfə artdığını bildirib. Xatırladaq ki, Panama kanalı Atlantik və Sakit okeanları birləşdirən dünyanın əsas dəniz dəhlizlərindən biridir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər