Avropa 2025-ci ildə iqlim böhranını ağır yaşayıb
Avropada ötən il iqlim dəyişikliklərinin təsirləri daha da kəskin hiss olunub. Bu barədə Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi və Dünya Meteorologiya Təşkilatı tərəfindən hazırlanan "Avropa İqlim Durumu 2025" hesabatında qeyd olunub.
Far.Az xəbər verir ki, hesabata görə, qitənin təxminən 95 faizində temperatur orta göstəricidən yüksək olub. Avropa dünyanın ən sürətlə isinən regionu olaraq qalır.
Araşdırmada bütün buzlaq ərazilərində kütlə itkisi qeydə alındığı vurğulanır. Xüsusilə Qrenlandiya buz örtüyünün 139 milyard ton itirdiyi bildirilir. Bu göstərici Alp dağları buzlaqlarının ümumi həcmini xeyli üstələyir.
Eyni zamanda, Avropada qar örtüyü minimum səviyyələrdən birinə düşüb. Dənizlərdə isə suyun səth temperaturu rekord həddə çatıb.
Hesabatda qeyd olunur ki, qitədə çayların 70 faizində su axını normadan aşağı olub, 2025-ci il isə torpaq rütubəti baxımından ən quraq illərdən biri kimi qeydə alınıb.
İsti və quraq hava şəraiti meşə yanğınlarının artmasına səbəb olub. Nəticədə 1 milyondan çox hektar ərazi yanıb və bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Mütəxəssislər bildirir ki, iqlim dəyişikliyi Avropada istilik dalğaları, quraqlıq və ekosistemlərin zəifləməsi kimi ciddi nəticələrə yol açmaqda davam edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir













